image-2000x150px
image-123
image-ads_atlas
image-816846325944-9493-1200xbackend

Sellülitlə mübarizədə ən effektiv məhsullar

image-728x90px

Şəkər və duzda yüksək olan qidalar sellülitə səbəb ola bilər.

Bu sözləri “Moskva 24” telekanalına müsahibəsində diyetoloq Daria Rusakova deyib və bu problemlə mübarizə yollarından söz açıb.

“Böyük miqdarda şəkər və duz kimi məhsullar dərialtı piydə mayenin saxlanmasına kömək edir, bu da piyin qeyri-bərabər paylanmasına səbəb olur. Bundan əlavə, şəkər tərkibli qidalar piy istehsalını stimullaşdırır, bədənin yağını artırır”, – dedi.

Ekspert kolbasa və yarımfabrikatların istehlakını azaltmağı tövsiyə edib. Rusakova əlavə edib ki, dəniz məhsulları, təzə tərəvəz və şəkərsiz meyvələr rasion üçün xüsusilə əhəmiyyətlidir. Onun fikrincə, su da sellülitdən qurtulmağa kömək edəcək. Bununla belə həkim vurğulayıb ki, gündə 2-2,5 litrdən çox su içməməlisiniz, əks halda dərinin vəziyyətinə pis təsir edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki