image-2000x150px
image-123
image-ads_atlas
image-5490955_shutterstock-593137250_sharebackend

Serbiyada növbədənkənar parlament seçkiləri günüdür

image-728x90px

Bu gün Serbiyanın 6,5 milyondan çox seçicisi paytaxt Belqrad da daxil olmaqla 65 bələdiyyə və şəhərdə parlament seçkilərində səs vermək və yeni rəhbərliyi seçmək üçün seçki məntəqələrinə getməlidir.

Respublikanın regionlarında 8 273 seçki məntəqəsi açılacaq. Onlardan 81-i xaricdədir ki, bu da rekord göstəricidir. Seçkiləri 5 587 serb və xarici müşahidəçi izləyəcək – bu da rekord göstəricidir.

Ümumilikdə Serbiyanın birpalatalı parlamenti – və ya Milli Assambleyası (skupşina) dörd illik mandatla 250 yerə malikdir. Ölkədəki seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və 20:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

Respublikanın Seçki Komissiyasının rəhbəri Vladimir Dmitriyeviçin sözlərinə görə, yekun nəticələr seçki məntəqəsindən son hesabat alındıqdan 96 saat sonra elan edilməlidir. Daha sonra yekun nəticələrin açıqlanmasından 30 gün sonra yeni çağırışın deputatları işə başlamalı, daha 90 gün sonra isə hökuməti formalaşdırmaq lazımdır.

Qeyd edək ki, Prezident Aleksandar Vucicin hakim koalisiyası son seçkilərdən sonra 150-dən çox yerə sahib olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki