image-2000x150px
image-123
image-ads_atlas
image-1673673983_serdar-berdymuhamedovbackend

Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görülüb

image-728x90px

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkənin qəhrəmanı adına layiq görülüb.

Məlumata görə, dövlət başçısı mükafatı ölkənin müstəqilliyinə və inkişafına verdiyi töhfəyə görə alıb.

Bildirilir ki, bazar günü Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) iclası zamanı Berdiməhəmmədova Türkmənistan Qəhrəmanı adının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Təntənəli mərasimdə ölkə parlamentinin sədri Dünyagözəl Gülmanova “Türkmənistan Prezidenti Berdiməhəmmədov Sərdar Qurbanquliyeviçə Türkmənistan Qəhrəmanı adının verilməsi haqqında” ölkə parlamentinin qərarını oxuyub.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki