image-2000x150px
image-123
image-ads_atlas
image-ucak-aa-1508968_2backend

Səudiyyə Ərəbistanı bəzi ölkələrlə hava yollarını bağladı

image-728x90px

Səudiyyə Ərəbistanı, mutasiyaya uğramış COVID-19-un ölkəyə yayılmasının qarşısını almaq üçün daha 4 ölkə ilə hava trafikini dayandırdığını açıqladı.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi, COVID-19-un mutasiyaya uğramış formasının yayılmasının qarşısını almaq üçün yeni uçuş qadağalarının tətbiq olunduğunu açıqladı.

Açıqlamada Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, Vyetnam və Əfqanıstandan ölkəyə uçuşların dayandırıldığı qeyd edildi və Səudiyyə Ərəbistanından bu ölkələrə səyahətlərin icazəyə tabe olduğu bildirildi.

 Səudiyyə Ərəbistanındakı son məlumatlara görə, epidemiyanın başlanğıcından bu yana 7 min 848 nəfər ölüb, 490 min 464 virus aşkarlanıb və 470 min 328 xəstə sağlalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki