image-2000x150px
image-123
image-ads_atlas
image-1637931667_1633352624-ilhambackend

Siz haqqın özüsünüz cənab Prezident… Bir atanın ümüd yeri –

image-728x90px

Məhbus Tural Zeynalovun atası Doğru.Az saytında Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident, oğlum Tural Zeynalov Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan prezidenti yanında İdarə etmə Akademiyasını bitirib. Tural, 14 il Şəmkirdə müxtəlif dövlət qürumlarında qüsursuz xidmət göstərmişdir. O, vətənini və dövlətini sevən, sizin apardığınız siyasəti dəstəkləyərək siz Prezident İlham Əliyeva sadiq bir vətəndaşdır.

image-fb_img_1646593431231

Turalın dəstəkliyi ilə Şəmkirdə Xeyriyyəçilər Birliyi yaradılmış, imkansız ailələrə, şəhid ailələrinə, qazilərə və ordumuza maddi və ərzaq yardımı göstərilmişdir. Bundan əlavə yenə də Turalın iştrakı ilə 44 günlük qələbə ərəfəsində bir neçə hərbi hissələrə ərzaq, generator, yataq dəstləri aparmaqla ordumuza dəstək göstərilmişdir.

Kəlbəcərin mənfur düşməndən azad olunmasından sonra, şaxtalı dekabr ayında Tural öz dostları ilə birgə Kəlbəcər şəhərində ermənilər tərəfindən dağıdılmış ,yandırılmış kazarma və ərzaq anbarını əsaslı təmir edərək ordumuzun istifadəsinə vermişdirlər. Qeyd etdiyim işlərə görə həmin hərbi hissənin komandanlığı və müdafiə naziri Zakir Həsənov Turalı Fəxri Fərmanla təltif etmişdirlər.

image-fb_img_1646636311714

Vətəninə göstərdiyi xidmtlərinə baxmayaraq Şəmkir Xalq məhkəməsi tərəfindən oğlum heç bir günahı olmadan 2 il 6 ay azadlıqdan məhrum olunub. Məhkəmə prosesində
şahidi dinləmədən Tural həbs olunub.

Bu halda Turalın həbsi qanunsuzdur.

Bunuda qeyd edim ki, Tural ailənin yeganə çörək qazananıdır. Öhtəliyində 3 az yaşlı övladı var.

Möhtərəm cənab Prezident bir ata olaraq sizdən xahiş edirəm,Turalın azadlığa qovuşmasına köməklik edəsiniz.

DOĞRU.AZ

image-screenshot_20220307-110523_facebook image-screenshot_20220307-112752_facebook image-screenshot_20220307-110207_facebook image-screenshot_20220307-110237_facebook image-screenshot_20220307-110226_facebook image-screenshot_20220307-110330_facebook image-screenshot_20220307-110255_facebook image-screenshot_20220307-110512_facebook image-screenshot_20220307-110607_facebook image-screenshot_20220307-110630_facebook image-screenshot_20220307-110759_facebook

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki