image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-16backend

Söndürülməmiş siqaret Yevlaxda bayram edənləri qorxutdu

image-728x90px

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Yevlax şəhəri ərazisində quraşdırılan Yeni il ağacının pirotexniki vasitələrin atılması zamanı yanması barədə iddialar səsləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialarla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabr ayının 31-i saat 21 radələrində Yeni il ağacının ətrafında olan məişət tullantıları üçün nəzərdə tutulan kauçuk qaba atılan siqaret közü həmin qabda yanğının baş verməsinə səbəb olub.

“Kauçuk qabda baş verən yanğın dərhal polis əməkdaşları tərəfindən söndürülüb. Hadisə zamanı hər hansı bir xəsarət və ciddi ziyan dəyməsi halı aşkar edilməyib. Əlavə olaraq qeyd edək ki, Yeni il ağacına heç bir ziyan dəyməyib”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki