Yaponiyanın rəsmi “PlayStation” Twitter hesabında PS5 konsolu ilə dənizdə çimməkdən çəkinmək barədə xəbərdarlıq peyda olub.
“Diqqət! Suda diqqətli olun, çünki bu gün Dəniz günüdür. Bənzər formaya baxmayaraq, PS5 lövhəni əvəz edə bilməz. Xahiş edirəm diqqətli olun ki, heç nəyi qarışdırmayın!” – nəşr yazır.
Sony nümayəndələri bu zarafatla yaponları milli bayram – ölkədə bayramların başladığı və üzgüçülük mövsümünün açıldığı Dəniz Günü münasibətilə təbrik etmək qərarına gəliblər. Həmin günə qədər su üzmək üçün soyuq sayılır.
Mənbə: TASS