Sosial mediada “2 avqust 2025-ci ildə dünyada 6 dəqiqəlik qaranlıq olacaq” məlumatı tamamilə yanlışdır. NASA və astronomiya mütəxəssisləri bu xəbəri qəti şəkildə təkzib edib.
Ekspertlər bildirirlər ki, növbəti tam günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək. Onlar əhaliyə yalnız rəsmi və etibarlı mənbələrdən məlumat almağı tövsiyə edirlər.
Yanlış xəbərlər sosial narahatlıq yaratsa da, mütəxəssislər sakitliyi qorumağa çağırır. Doğru.az olaraq, məlumatları diqqətlə izləməyi və doğru mənbələrə etibar etməyi tövsiyə edirik.
İlqam Cəbiyev
DOĞRU.AZ