image-2000x150px
image-123
image-ads_atlas
image-sosial_shebeke_060122_2backend

Sosial şəbəkədə başqa qızın adı ilə vətəndaşlardan pul tələb edən şəxs saxlanıldı

image-728x90px

Sosial şəbəkələrdə qız şəkilləri ilə profil açıb vətəndaşlara hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Doğru.Az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki