image-n1karobka_ads
image-123
image-bez-nazvaniyabackend

Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq

“Yaxın günlərdə Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq”.

Bunu “Azərbaycan Turizm Sammiti – 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O qeyd edib ki, vətəndaşlarımızın Şuşaya səfərləri üçün işlər yekunlaşmaq üzrədir:

“Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır”.

Sədr əlavə edib ki, hazırda işğaldan azad olunan ərazilərin turizm potensialının qiymətləndirilməsi üçün işlər aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki