image-n1karobka_ads
image-123
image-6881d003ae5ac9607d35674dbackend

Tailand və Kamboca arasında sərhəd gərginliyi: F-16-lar hava zərbəsi endirdi

image-ad_qayo_720x110px

Tailand Kral Ordusu sərhəddə baş verən qarşıdurma zamanı Kambocaya cavab olaraq hava hücumu həyata keçirib.

Doğru.az xəbər verir ki, Taylandın Quru Qoşunlarının İkinci Hərbi Dairəsinin məlumatına görə, bu gün saat 09:40-da (Moskva vaxtı ilə 05:40) Kamboca, Sisaket əyalətindəki sərhəd zonasında BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə hücuma keçib.

Buna cavab olaraq saat 10:51-də (Moskva vaxtı ilə 06:51) Tailand Silahlı Qüvvələri altı F-16 döyüş təyyarəsini havaya qaldıraraq Kamboca qoşunlarının mövqelərinə hava zərbələri endirib. Rəsmi məlumatlara əsasən, piyada batalyonlarına uğurlu zərbələr endirilib.

Qeyd edək ki, bir müddət əvvəl Uzaq Şərq Ölkələrinin Tədqiqi Mərkəzinin rəhbəri Kirill Kotkov ABŞ-ın bu münaqişənin gərginləşməsində maraqlı olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki