image-2000x150px
image-123
image-ads_atlas
image-fotojetbackend

 Taksi sürücüləri etiraz etdi: “Əvvəlki yerimizdə xidmət etmək istəyirik”

image-728x90px

Taksi sürücüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında dinc etiraz aksiyası keçiriblər.

Sürücülərin sözlərinə görə, “Avtovağzal” müdiriyyəti onların fəaliyyətinə qadağa qoyub. Səbəb isə qeyri-qanuni fəaliyyətə icazə verilməməsidir.

Onlar əvvəlki yerlərində xidmət etmək istədiklərini bildiriblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Qovşağında “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.

Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Samir Səfərov də təsdiqləyib.

“Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcılar “minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş xüsusi yerlərdə fəaliyyət göstərməlidirlər. Onlar həm hərəkətə mane olmamalıdırlar, həm də sərnişinlərin təhlükəsizliyi təmin olunmalıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Nəqliyyat Qovşağında 200-ə yaxın taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün vahid mexanizm və uyğun məkan seçilib. Yeni yaradılacaq ərazidə tam qanuni taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər fərqlənmə nişanı alaraq fəaliyyətini davam etdirə bilərlər.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki