Tanınmış şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verdibackend

Tanınmış şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verdi

Doğru.az xəbər verir ki, Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.Məsələ ilə bağlı “Palladium Defense and Security Solutions” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb.

İddiaçı olan şirkət göstərilən xidmətlə bağlı imzalanan müqavilədə DSX-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib. İşə bağılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki