44 günlük Vətən müharibəsinin tarixə zəfər günü kimi yazılan Qələbə Paradı Bakının Azadlıq meydanında baş tutdu.Hər zaman Azərbaycanın qəmli və sevincli günündə yanında olan qardaş ölkə Türkiyə bu zəfər günündə də yanında oldu.
“Dogru.az” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” zəfər gününə komandlıq etmək Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyevə həvalə olundu. Paradı giriş sözü ilə açan Azərbaycan Prezidenti İlham Əliyev tarixi gün münasibət ilə xalqı təbrik etdi.
İkinci Qarabağ müharibəsində şəhid olan igidlərimizi bir dəqiqəlik sükutla yad olundu. Şanlı ordunun keçdiyi şücaətli döyüş yolu Prezident İlham Əliyev tərəfindən aşılanaraq, bir daha məlumatlandırıldı. Tədbirdə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək, öz təbrik və arzularını Azərbaycan xalqının diqqətinə çatdırdı. Tarixən olduğu kimi bu gün də və bundan sonra da Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdi. Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.




















































