image-ads_n1karobka_mobile
image-5a5330c3370f2c54068b462f-pic905-895x505-9747backend

Tayvan boğazı üzərində ABŞ təyyarəsi aşkarlanıb

Amerikanın P-8A sualtı patrul təyyarəsi Tayvan boğazını keçib.

Bu barədə ABŞ-ın 7-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon təyyarəsi iyulun 13-də beynəlxalq hava məkanında Tayvan boğazı üzərində uçub.

Mətbuat xidməti vurğuladı ki, Amerika təyyarəsi Tayvan boğazı üzərində ABŞ-ın “azad və açıq Hind-Sakit okean regionunun saxlanmasına” sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

Bundan əvvəl RİA Novosti Flightradar24 məlumatlarına istinadən xəbər verir ki, ABŞ-ın P-8A Poseidon kəşfiyyat təyyarəsi 2022-ci il sentyabrın 26-da səhər Baltik dənizində “Şimal axını” qaz kəmərlərində baş vermiş partlayışın nəticələrini izləyib.

Mənbə: BBC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki