image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-01-18t104129-064backend

Tayvanın ali icra orqanı tam tərkibdə istefa verdi

image-728x90px

Tayvanın ali icra orqanı olan İcraedici Yuan bütün heyətin istefasını təsdiqləyib. Bu qərar ötən seçkilər və yeni parlamentin formalaşdırılması fonunda qəbul edilib.

Bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Konstitusiyaya uyğun olaraq və ictimai rəy siyasətinin prinsiplərinə əsaslanaraq, İcraedici Yuan, səlahiyyət müddəti başa çatdıqdan sonra qanunvericilərin ilk iclasına qədər prezidentə öz istefasınına dair ərizəsini təqdim etməlidir”, – deyə məlumatda qeyd olunub.

İclas fevralın 1-nə təyin edilib. Yanvarın 18-də Tayvanın baş icraçı direktoru Tsay İnvenə rəsmi istefa təqdim ediləcək.

Xatırladaq ki, yanvarın 13-də Demokratlar Partiyasının keçmiş vitse-prezidenti Lay Tsinde Tayvanın prezidenti vəzifəsini icra etməyə başlayıb. Çin onu dünya üçün ciddi təhlükə hesab edir. Dövlət mediası Tsindeni separatçı adlandırır və əmindir ki, onun rəhbərliyi altında Tayvanın Çinlə münasibətləri pisləşəcək.

Mənbə: octagon.media

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki