image-n1karobka_ads
image-123
TƏBİB nümayəndəsi Nəzrin Mustafayeva tibbi maska ilə bağlı müsahibə verib-VİDEObackend

TƏBİB nümayəndəsi Nəzrin Mustafayeva tibbi maska ilə bağlı müsahibə verib-VİDEO

“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.

Doğru.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

Nəzrin Mustafayeva qeyd edib ki, “ vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.


Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki