Yanvarın 19-da Təbriz şəhərində güclü partlayış səsi eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
“Şahidlərin bildirdiyinə görə, partlayış Təbrizin Saib bölgəsində, SEPAH-a bağlı obyektin yaxınlığında baş verib.
Partlayışın səsi şəhərin bir sıra ərazilərində aydın şəkildə eşidilib, ətrafda isə silkələnmə hiss olunub.
Bəzi mənbələr isə partlayışın Təbriz hava bazasının kənarında qeydə alındığını bildirir. Hadisənin hava hücumu nəticəsində baş verdiyi ehtimal edilir.
Partlayışın dəqiq səbəbi, hədəfin tam yeri və mümkün itkilər barədə hələlik rəsmi açıqlama yoxdur”, – qeyd edilib.
DOĞRU.AZ




























