İranın ballistik raket zərbələri nəticəsində ciddi zədələnən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135R Stratotanker” yanacaqdoldurma təyyarəsi təmir üçün Böyük Britaniyanın “RAF Mildenhall” aviabazasına gətirilib. Şahzadə Sultan aviabazasına endirilən zərbə zamanı hədəf alınan təyyarənin füzelyajında çoxsaylı qəlpə izləri aşkar edilib ki, bu da döyüş başlığının təyyarənin tam yaxınlığında partladığını sübut edir.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi itkiləri bununla bitmir.
Məlumata görə, hücum zamanı aviabazada iki ədəd “KC-135R”, bir “KC-46A Pegasus” və uzaq mənzilli radiolokasiya aşkaretmə sisteminə malik “E-3G Sentry” təyyarəsi tamamilə sıradan çıxarılıb. Pentaqonun bölgədəki hava üstünlüyünə ağır zərbə vuran bu hadisə hərbi dairələrdə şok effekti yaradıb.
DOĞRU.AZ

























