İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra bu gün tanınmış şiə xadimi Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan edib.
News24.az xəbər verir ki, “İran xalqı və İslam dünyası günahsız, qətlə yetirilmiş inqilab liderinin qanının qisasını almaq istəyir. Bu cinayətin əsas günahkarları ABŞ və sionist rejimidir və qisas almaq dünyadakı bütün müsəlmanların dini borcudur ki, bu cinayətkarların şərinin dünyadan silinsin”, – deyə, Şirazi qeyd edib.
Xatırladaq ki, dünən Xameneyi ABŞ-İsrail birgə hücumları nəticəsində öldürülüb.(Tasnim News)
DOĞRU.AZ


























