image-2000x150px
image-mina_-4backend

Tərtərdə minaya düşənlərin son durumu AÇIQLANDI – YENİLƏNDİ

image-728x90px

Tərtərdə minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağırdır.

Bu barədə “Doğru.az“-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib6

“Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub. Hazırda hər iki pasiyent əməliyyatdadır”.

Tərtərdə iki nəfər rayon sakini – 32 yaşlı Cabbarov Nicat Novruz oğlu və 46 yaşlı Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

Doğru.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki