image-n1karobka_ads
image-123
image-6838aedc02e8bd41bb4d4d52backend

Tokayev: Qazaxıstan Rusiya ilə tərəfdaşlığa qəti şəkildə inanır

Qazaxıstan lideri Kasım-Jomart Tokayev ölkəsinin Ukraynadakı münaqişənin təsirini və dünya bazarına resurslar tədarük etmək planlarını nəzərə aldığını, lakin Rusiya ilə tərəfdaşlığa qəti inandığını bildirib.

“Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır, bizim bilavasitə qonşumuz və müttəfiqimizdir… Biz Rusiyaya strateji tərəfdaşımız kimi güvənirik”, – deyə respublika prezidenti Əl-Cəzirə jurnalistlərinə bildirib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki