image-2000x150px
image-123
image-ads_atlas
image-yaponiyabackend

Tokio və Paris yeni növ nüvə reaktorlarının yaradılmasına dair sənəd qəbul edəcəklər

image-728x90px

Gələcəkdə Yaponiya və Fransanın hakimiyyət orqanları yeni inqilabi tipli reaktorların işlənib hazırlanmasını nəzərdə tutan nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni sənəd imzalamaq niyyətindədirlər.

Bu barədə Yaponiyanın “Sankei Shimbun” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, müvafiq sənəd Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranın Parisə səfəri zamanı qəbul ediləcək.

Sənəd radioaktiv tullantıların miqdarını azalda bilən, nüvə yanacağından daha səmərəli və təhlükəsiz istifadə edə bilən reaktorların yaradılması üzrə səylərin əlaqələndirilməsini nəzərdə tutur.

Həmçinin, planlara uyğun olaraq, atom elektrik stansiyalarının lazımi materiallarla təchizatı sahəsində əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki