AFFA-nın İntizam Komitəsi “Turan Tovuz-2” klubunun baş məşqçisi Ruslan Məmmədova 5 oyunluq diskvalifikasiya cəzası verib.
Doğru.az xəbər verir ki, qərar Əvəzedicilər Liqasında “Neftçi-2” ilə oyundan sonra baş verən hadisələrlə bağlı verilib. Mütəxəssis qarşılaşmanın sonunda hakimlərə qarşı təhqiramiz ifadələr işlədib.
Bu səbəbdən yalnız məşqçiyə deyil, eyni zamanda kluba da maliyyə sanksiyası tətbiq olunub – “Turan Tovuz” 400 manat məbləğində cərimələnib.
DOĞRU.AZ