Doğru.az xəbər verir ki, “Tovuz Retail” şirkətinin təsisçisi və direktoru Günel Məmmədhəsənova Kiçik sahibkarlıqla məşğul olan xanımlara müraciət edərək, məhsullarını satmaqda köməklik göstərmək istədiyini diqqətə çatdırıb.
Günel Məmmədhəsənova bununla bağlı özünün “Facebook” hesabında paylaşım edərək, bildirib ki, “Kiçik Sahibkarlıqla məşğul olan dəyərli xanımlarımız sizləri də unutmadıq.Məhsullarınızı online və pərakəndə satışını təşkil etməkdə çətinlik çəkirsinizsə bizə müraciət edə bilərsiniz.Biz Birlikdə Güclüyük”.
Qeyd edək ki, “Tovuz Retail” şirkətinin əsas fəaliyyət istiqaməti yerli qida məhsullarının və içki sənayesinin ən vacib hissələrindən biri olan alkoqollu içki məhsullarının satışını həyata keçirməkdir.
























