image-n1karobka_ads
image-123
image-17575335774132654324_1200x630backend

Tovuzda iki avtomobil toqquşub, sürücülər xəstəxanaya çatdırılıb

image-ad_qayo_720x110px

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Bakı–Qazax avtomobil yolunun Əlimərdanlı kəndinə gedən körpü üzərində “Toyota” və “Opel” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil yol kənarındakı qoruyucu səddi yararaq yoldan kənara aşıb. Sürücülər, Tovuz şəhər sakini 36 yaşlı Zaur Mehdiyev və Cəlilli kənd sakini 23 yaşlı Ağasif Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki