image-n1karobka_ads
image-123
image-684bb4e602e8bd77992c0f12backend

Tramp deyib ki, İran cavab verərsə, İsraili müdafiə etməyə hazırdır

Amerika lideri Donald Tramp deyib ki, İran öz ərazisinə zərbələr endirməyə cəhd edərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.

Bu barədə Fox News telekanalında bildirib.

Tramp deyib ki, o, İranın mümkün cavabını izləyir. O, əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığı yüksək hazırlıq vəziyyətindədir.

İyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.

Fox News jurnalistləri qeyd ediblər ki, Tramp İsrailin İrana hücumunu əvvəlcədən bilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki