image-n1karobka_ads
image-123
image-1047401_1158067208_1747486804backend

Tramp deyib ki, İranla danışıqlar çox yaxşı gedir

ABŞ prezidenti Donald Tramp bildirib ki, son iki gündə İranla “çox yaxşı danışıqlar aparıb”.

Eyni zamanda, RİA Novosti xəbər verir ki , Amerika lideri “bombaların düşməməsi üçün” atomla bağlı müqavilə bağlamaq istədiyini qeyd edib.

“Biz bəzi ciddi irəliləyiş əldə etdik… Mən hiss edirəm ki, yaxşı xəbərlərim olacaq”, – Tramp deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl vurğulamışdı ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində və İranın nüvə hüquqlarını nəzərə alaraq nüvə məsələlərində ABŞ ilə ədalətli və balanslaşdırılmış razılaşma əldə etməyə çalışır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki