ABŞ prezidenti Donald Tramp İranın yeni nüvə obyektləri tikəcəyi halda onları məhv etməklə hədələyib.
Doğru.az xəbər verir ki, Tramp bu bəyanatı zamanı bildirib: “İrandakı hər üç nüvə obyekti tamamilə dağıdılıb və ya məhv edilib. Onları yenidən işə salmaq üçün illər lazım olacaq. İran bunu istəsəydi, obyektlər məhv edilməmişdən əvvəl başlamaq daha sərfəli olardı.” — deyə RİA Novosti onun sözlərini sitat gətirib.
Bundan əvvəl Washington Post yazmışdı ki, Natanz və İsfahan kimi obyektlər ABŞ-ın zərbələrindən sonra İranda fəaliyyət göstərə bilər.
Eyni zamanda, MAQATE-nin hesabatına görə, İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zərərlər müəyyən edilib.
DOĞRU.AZ