Doğru.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs planının şərtləri ilə razılaşdığını bildirib.
O, Truth Social-da qeyd edib ki, yekun təklifi Qətər və Misir təqdim edəcək. Tramp həmçinin HƏMAS-ın bu razılaşmaya razı olacağına ümid etdiyini bildirib:
“Çünki yaxşılaşmayacaq – daha da pisləşəcək”.
Qeyd edək ki, bölgədə gərginlik husilərin hücumları və İsrailin Yəmənə cavab zərbələri fonunda davam edir.
DOĞRU.AZ