image-2000x150px
image-123
image-ads_atlas
image-035abc3d-544f-3084-bc8f-cd61a16a432c_850backend

Tramp seçkidə 12 faizə yaxın demokratın onu dəstəkləyəcəyinə inanır

image-728x90px

Düşünürəm ki, demokratların çoxu mənə sizin düşündüyünüzdən daha çox səs verəcək.

Doğru.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Bildirib ki, demokratların 10-12 faizinin seçkidə onu dəstəkləyəcəyini proqnozlaşdırır.

Trampın sözlərinə görə, demokratlar öz partiyalarının potensial namizədi, ABŞ-ın hazırkı Prezidenti Co Baydenə inanmırlar, çünki ona heç bir ümid yoxdur.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri cari ilin noyabrın 5-nə təyin edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki