image-n1karobka_ads
image-123
image-68b5181bae5ac906eb375060backend

Tramp: Tariflər ləğv olunarsa, ABŞ üçüncü dünya ölkəsinə çevrilə bilər

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp gömrük rüsumları ilə bağlı açıqlama verib.

Doğru.az xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində yazaraq bildirib: “Bir çox cəhətdən biz yenidən böyük olmaq ümidi olmayan üçüncü dünya ölkəsi olacağıq”.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə tariflər vasitəsilə 15 trilyon dollardan çox investisiya qoyulacaq. Lakin tariflər ləğv edilərsə, bu investisiyaların böyük hissəsi dərhal dayandırılacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Apellyasiya Məhkəməsi Trampın tətbiq etdiyi tariflərin əksəriyyətini qanunsuz hesab edib. Ağ Ev rəhbəri isə vurğulayıb ki, Ali Məhkəmənin qərarına qədər bütün tariflər qüvvədə qalacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki