ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə gözlənilən danışıqlardan sonra Ukraynada atəşkəs razılaşmasının əldə olunacağına ümid edir.
“Ümid edirəm ki, bu məhsuldar gün olacaq və atəşkəs əldə olunacaq”, – Tramp özünün Truth Social səhifəsində yazıb.
Tramp onu da əlavə edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə baş verməməli idi.
Bundan əvvəl məlum olub ki, Tramp Putinlə söhbətindən sonra mayın 19-da Zelenski ilə telefonla danışmaq niyyətindədir.
DOĞRU.AZ