ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 10 ədəd ələ keçirici raket göndərəcəyini vəd edib.
Doğru.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, həmin danışıqdan əvvəl Tramp Almaniyanın kansleri Fridrix Merzlə telefon əlaqəsi saxlayıb. Merz Ağ Ev rəhbərindən “Patriot” sistemləri üçün raketlərin tədarükünü dayandırmağı xahiş edib.
Almaniya kansleri əlavə hava hücumundan müdafiə batareyaları almağa və onları Ukraynaya yönləndirməyə hazır olduğunu bildirib.
Mənbələrin iddiasına görə, Tramp sözügedən təklifə cavab olaraq Almaniyanın malik olduğu “Patriot” batareyalarından birinin Ukraynaya köçürülməsini gündəmə gətirib.
Qeyd olunur ki, bu məsələ ilə bağlı ABŞ və Almaniya arasında danışıqlar hələ də davam edir.
DOĞRU.AZ