İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Donald Trampa Qəzzadan girovların qaytarılmasında göstərdiyi səylərə görə medal təqdim edəcək.
Doğru.az xəbər verir ki, Ynet-in məlumatına görə, prezident ofisi bildirib ki, Tramp “tarixi razılaşmaya, İsrail dövlətinə tam və sarsılmaz dəstəyə, onun təhlükəsizliyinə verdiyi xüsusi töhfəyə və vətəndaşlarının rifahı üçün qayğısına görə, həmçinin bütün regionu sülh və əməkdaşlıq dövrünə aparmaq istəyinə görə” medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl HƏMAS azad etməyi planlaşdırdığı 20 girovun siyahısını açıqlamışdı.
DOĞRU.AZ