image-n1karobka_ads
image-123
image-photo_125624backend

Trampın Ukraynaya silah yardımı ABŞ üçün fiasko ola bilər – Draqo Bosnik

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Trampın Ukraynaya silah göndərmək qərarı onun administrasiyası üçün ciddi siyasi uğursuzluğa çevrilə bilər.

Doğru.az xəbər verir ki, bu barədə geosiyasi şərhçi Draqo Bosnik InfoBRICS portalında dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, bu cür qərarlar Tramp administrasiyasına olan ictimai etimadı sarsıdır:

“Bu, daim bir-birinin ardınca geosiyasi qarışıqlığa qarışan Tramp administrasiyasına ictimai etimadı ciddi şəkildə sarsıdır”, – deyə məqalədə qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Tramp Rusiya üçün “kiçik sürpriz” hazırlandığını açıqlamışdı. Ardınca Reuters məlumat yayaraq ABŞ-ın Ukraynaya artilleriya sursatları və HIMARS raketlərinin tədarükünü bərpa etdiyini bildirmişdi.

Ekspertlər hesab edirlər ki, bu siyasət ABŞ-ın daxili və xarici münasibətlərində gərginliyi daha da artıracaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki