image-n1karobka_ads
image-123
image-upload-2023-05-29t174849z_1585988287_rc2g81aeghpc_rtrmadp_3_kosovo-serbs-violence-pic_32ratio_900x600-900x600-62994backend

Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılar yerləşdirib

image-ad_qayo_720x110px

Türkiyə Müdafiə Nazirliyi Şimali Atlantika Alyansının tələbi ilə xüsusi təyinatlı batalyonunun Kosovoya təhvil verilməsinin başa çatdığını açıqlayıb.

Bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.

“Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının A-400M təyyarəsi Kosovoda xidmət edəcək 65-ci mexanikləşdirilmiş piyada briqadasının komando batalyonunun yerləşdirilməsi çərçivəsində ikinci və üçüncü qrup uçuşlarını uğurla həyata keçirib”, – deyə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Bundan əvvəl Avropa İttifaqının Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar özünü elan etmiş Kosovo Respublikasının baş naziri Albin Kurtiyə ölkənin şimalındakı vəziyyətlə bağlı narahatlığını bildirib. bölgəni və gərginliyi dərhal azaltmağa çağırıb. Onlar Priştinanı Kosovonun şimal bələdiyyələrində kosovo serblərinin iştirakı ilə seçkilər keçirməyə çağırıb, həmçinin regionda vəziyyətin normallaşdırılması üzrə dialoqa qayıtmağı təklif ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki