Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində altı PKK terrorçusu məhv edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Nazirlik “Fərat Qalxanı”, “Zeytun budağı” əməliyyatları bölgələrində PKK yaraqlılarına qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
Mənbə: TRT Haber