Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 254 nəfər ölüb.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 18 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 33 985, ağır xəstə sayı isə 4805 nəfər olub.

























