Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 554 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 9 463 nəfər sağalıb, ağır xəstə sayı isə 2 652 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 355 839 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 227 927 nəfər sağalıb, 23 325 nəfər isə ölüb.https://code.ainsyndication.com/v2/show.php?k=eNo1ju0OgyAMRd-lD0BcMJFKeZilCFMSP5Zg3DLju08z_dnT9tzL5GgrhARlmJdHjuAzKdmgL9QQrDm9OQwJfCB1IEsQ55HzBP89fwqPgr_nqCqCKXW85DU9Fu4KeCZJ215IE-TXfYMotDFCaSO0PWFNMJcrWpsDuCMlrblNd5-zjSHoufTnQ3X4lFMpyMCt08HaxBWyUxLRyhrr-IyXmOPlcI1Dv_9cMHnSRX8,

























