Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 102 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 8 314 nəfər sağalıb, ağır xəstə sayı isə 1 523 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 501 079 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 387 384 nəfər sağalıb, 26 354 nəfər isə ölüb.

























