image-n1karobka_ads
image-123
image-671a09ea02e8bd7c5474cb84-1backend

Türkiyənin bütün hava limanlarında terror aktları riski ilə bağlı təhlükə səviyyəsi qaldırılıb

“Hürriyet” qəzeti yazır ki, TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektinə edilən hücumdan sonra Türkiyənin bütün hava limanları mümkün terror aktları səbəbindən təhlükə səviyyəsini artırıb.

Türkiyənin bütün hava limanları “narıncı” təhlükə səviyyəsi elan edib . İstanbul Sabiha Gökçen hava limanında təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib.

Hava limanlarına giriş-çıxışda nəqliyyat vasitələri diqqətlə yoxlanılır, sərnişinlərin sənədləri yoxlanılır.

Oktyabrın 23-də bir qrup yaraqlı Ankarada TUSAŞ aerokosmik şirkətinin ərazisinə daxil olub, terror aktı nəticəsində 5 nəfər həlak olub , 22 nəfər yaralanıb.

Türkiyə Daxili İşlər Nazirliyi terror aktında Kürdüstan Fəhlə Partiyasının nümayəndələrinin əli olduğunu güman edir.

Mənbə Hürriyət

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki