image-n1karobka_ads
image-123
image-17204576233836113298_1200x630backend

Ucarda lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ucar rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki