Ukrayna Braziliya hakimiyyətini Rusiya lideri Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.
Ukraynanın baş prokuroru Andrey Kostin Reuters-ə bildirib : “Bir daha demək istəyirəm ki, Braziliya Roma Nizamnaməsinə üzv olan ölkə kimi onu həbs etməyə borcludur”.
Agentliyin məlumatına görə, Braziliya noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək G20-nin görüşünə Putinə standart dəvət göndərib, lakin hələ də cavab almayıb.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi də Türkmənistanı Aşqabada işgüzar səfərə gələn Putini həbs etməyə çağırıb.
Bundan əlavə, Ukrayna Putinin ölkəyə səfəri ilə əlaqədar Monqolustana qarşı demarş elan edib.
Mənbə Reuters