Ukraynanın NV radiosuna müsahibəsində Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko bildirib ki, çağırış vərəqələrinin göndərilməsi üçün zərflərin pulu çatışmadığına görə, hərbi xidmət keçməli olan təxminən 1,5 milyon ukraynalı qeydiyyatdan keçməyib.
Doğru.az xəbər verir ki, RİA Novosti Kostenkonun bu vəziyyəti “absurd” adlandırdığını yazıb. Onun sözlərinə görə, insanların qeydiyyat və hərbi komissarlıqlara getməməsinin səbəbi sadəcə olaraq xəbərdarlıq məktublarının göndərilə bilməməsidir.
Kostenko əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri hər ay 30 minə yaxın insanı səfərbər edir.
O həmçinin vurğulayıb ki, hazırda muzdla xidmət edən hərbçilərin minimum əmək haqqı sıravi Ukrayna əsgərinin maaşı ilə eynidir.
DOĞRU.AZ