image-n1karobka_ads
image-123
image-393108502_1031814621224903_7369816931954085388_nbackend

UNICEF-dən Qəzza zolağında azyaşlılarla bağlı qorxunc statistika

Qəzza zolağının qida və tibb sistemləri tamamilə çöküb. Azyaşlı uşaqların 80%-dən çoxu qida çatışmazlığından əziyyət çəkir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) bildirilib.

Məlumatda Fələstin anklavında beş yaşa qədər 335 min uşağın qida çatışmazlığından ciddi risk altında olduğu vurğulanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Qəzza zolağında uşaqlar ehtiyac duyduqları suyun 90%-ni almırlar, anklavın su, kanalizasiya, gigiyena obyektlərinin yarısı dağıdılıb, ya da zədələnib.

Mənbə: Eadaily.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki