image-n1karobka_ads
image-123
image-1502566107_serdce_aritmiyabackend

Ürək-damar xəstəlikləri: nədən yaranır və niyə artır?

image-ad_qayo_720x110px

Dünyada hər il 20 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir.

Doğru.az xəbər verir ki, bu xəstəliklərə ürəyin və qan damarlarının müxtəlif problemləri, ürəyin işemik xəstəliyi, beyində damar xəstəlikləri, periferik arteriya xəstəlikləri, anadangəlmə ürək qüsurları və vena damarlarının trombozu daxildir.

Mütəxəssislər bildirirlər ki, son illərdə Azərbaycanda da ürək-damar xəstəlikləri və qəfil ölümlərin sayı artıb. Bunun başlıca səbəbi insanların həyat tərzindəki dəyişikliklər, qeyri-sağlam qidalanma, fiziki aktivliyin az olması və stresslərlə bağlıdır.

Ekspertlər vurğulayır ki, sağlam həyat tərzi və vaxtında profilaktik müayinə bu xəstəliklərin qarşısını almaqda ən vacib amillərdən biridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki