image-2000x150px
image-meymunciceyibackend

ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?

image-728x90px

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi adının alçaldıcı və ya irqçi sayıla biləcəyindən narahat olaraq onun adını dəyişdirmək istəyir.

Xəstəliyin iki növünün və ya növlərinin adı artıq dəyişdirilib. ÜST meymunçiçəyi üçün yeni adın nə vaxt açıqlanacağını dəqiqləşdirməyib.

İndi ad üçün coğrafi ərazilər əvəzinə Roma rəqəmlərindən istifadə ediləcək. Əvvəllər Konqo Hövzəsi xəstəliyi kimi tanınan xəstəliyin bir variantı indi “Clade I” kimi tanınacaq. Qərbi Afrika çeşidi “clade II” kimi tanınacaq.

Meymunçiçəyi termini ilk dəfə 1958-ci ildə istifadə edilib. May ayından avqustun ortalarına qədər bütün dünyada 31 000-dən çox meymun çiçəyi hadisəsi aşkar edilib.

Xatırladaq ki, İspaniyada meymuçiçəyi xəstəliyindən ölüm halı qeydə alınıb. Bu, ehtimal ki, Avropada xəstəlikdən məlum olan ilk ölümdür.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatı dünyada meymunçiçəyi xəstəliyinin artması ilə əlaqədar fövqəladə vəziyyət elan etmişdi.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki