image-2000x150px
image-d37eec7b-852f-3239-ba7a-322495003eda_850backend

ÜST rəsmisi: “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”

image-728x90px

“Yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.

Onun sözlərinə görə, insanlar COVID-19-un yüngül xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlışdır.

“Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.

O, əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır: “Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki