image-2000x150px
image-123
image-ads_atlas
image-20200918_zaa_s197_064-pic_32ratio_900x600-900x600-74535backend

Vaşinqton Tayvanın vitse-prezidentinin ABŞ-a səfər edəcəyini təsdiqləyib

image-728x90px

BBC xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Tayvanın vitse-prezidenti və adanın hakim Demokratik Tərəqqi Partiyasının sədri Lai Qinqdenin ABŞ-a səfər edəcəyini təsdiqləyib.

Blinkenin sözlərinə görə, ABŞ rəsmiləri tayvanlı siyasətçinin Paraqvay prezidenti Santiaqo Penanın andiçmə mərasimində iştirak etmək üçün ABŞ ərazisindən tranzit keçəcəyini gözləyirlər.

Dövlət Departamentində jurnalistlərə açıqlama verən Blinken bildirib ki, Vaşinqton Tayvan boğazında sülh və sabitliyin qorunmasına sadiqdir. O, ABŞ-ın boğazda status-kvonu dəyişmək arzusunda olmadığını və eyni siyasəti digər tərəflərdən də gözlədiyini vurğulayıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton bütün “maraqlı tərəflər”dən fikir ayrılıqlarını müstəsna olaraq sülh yolu ilə həll etməyi gözləyir.

Mənbə: BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki